AZ

Rusiyada sərnişin qatarı relsdən çıxıb – Video


Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk-Moskva istiqamətində hərəkət edən sərnişin qatarının 7 vaqonu relsdən çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları şirkəti məlumat yayıb.
Məlumata görə, hadisə Moskva vaxtı ilə səhər saat 6:26-da Bryandino stansiyası yaxınlığında baş verib.
Qatarda təxminən 415 nəfər olub, 7 nəfər xəsarət alıb. 
Hadisə səbəbindən həmin ərazidə qatarların hərəkəti dayandırılıb. Ulyanovsk, Buqulma, Sızran və Ruzaevka stansiyalarından bərpa qatarları göndərilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

Seçilən
36
yeniavaz.com

1Mənbələr