AZ

Lukaşenko: ABŞ üçün prioritet neftdir



Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ siyasətinin insan haqlarından daha çox neftə üstünlük verdiyini, lakin respublikanın fərqli bir yanaşma tətbiq etdiyini bildirib.

Newscenter.az BelTA-ya istinadən bildirir ki, Lukaşenko respublikanın fərqli bir yanaşmaya sadiq olduğunu vurğulayıb.

Lukaşenko ABŞ-ın bu siyasətini tənqid edərək deyib:

"Bu, bizim siyasətimiz deyil. Biz siyasəti bu şəkildə apara bilmərik. Bir vaxtlar bizim üçün eyni şeyi istəyən bu insanların əsl üzünü gördük".

Qeyd edək ki, Lukaşenkonun bu açıqlaması son vaxtlar nisbətən istiləşən Birləşmiş Ştatlar-Belarus münasibətləri fonunda olub.

Anar
Seçilən
44
newscenter.az

1Mənbələr