Filippinin Koron bölgəsində yük təyyarəsi qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 pilotun həyatını itirdiyi bildirilib.
Milli Polis Aviasiya Təhlükəsizlik Qrupunun verdiyi açıqlamaya görə, qəza yerli vaxtla saat 11:00 radələrində Busuanga Hava Limanının yaxınlığında baş verib. Qəza səbəbilə müvəqqəti olaraq dayandırılan hava limanı zolağı əməliyyatları işlərin tamamlanmasından sonra yenidən başlanılıb.