AZ

Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir SİYAHI

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əmək bazarında qadınların daha çox təmsil olunduğu ixtisaslar məlum olub.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib. 

O bildirib ki, siyahıya 100 faiz göstərici ilə dayə peşəsi başçılıq edir. 

Laboratoriya mikrobioloqu sahəsində qadınların payı 92 faiz, moda dizaynı və geyim üzrə dizayner ixtisaslarında isə 91 faiz təşkil edir. Saç kəsimi və gözəllik xidmətlərində bu göstərici 90 faiz, qənnadçı və şirniyyatçı sahəsində 89 faizdir.

Bununla yanaşı, kargüzarlıq və ofis işlərində qadınların payı 83 faiz, interyer dizaynında 81 faiz, dərzilikdə isə 79 faiz olaraq qeyd edilib. Sığorta işçiləri arasında qadınların payı 71 faiz, qrafik dizaynerlərdə 65 faiz, veb dizayn və proqram təminatı sahəsində isə 60 faiz təşkil edir.

Həmin infoqrafikanı təqdim edirik:

Şahanə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azxeber.com

1Mənbələr