AZ

Filippində yük təyyarəsi qəzaya uğradı Ölənlər var

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Filippində yük təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə Palawan adasının Koron bölgəsində, Barangay Decalacho Hava Limanı yaxınlığında baş verib.

Filippin Milli Polisi Aviasiya Təhlükəsizliyi Qrupunun məlumatına görə, qəza yerli vaxtla saat 11:00 radələrində, Busuanga Hava Limanı ərazisindən kənarda qeydə alınıb.

Qəza səbəbindən hava limanının uçuş-enmə zolağında əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Araşdırmalar başa çatdıqdan sonra isə uçuşlar bərpa edilib.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azxeber.com

1Mənbələr