ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Məşhur müğənni Emina Yahoviç boşanma razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə keçmiş əri Mustafa Sandala qarşı qaldırdığı iddiada məhkəmə tərəfindən haqlı hesab edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddia olunur ki, Sandal razılaşmada nəzərdə tutulduğu kimi keçmiş həyat yoldaşı üçün Serbiyada ev almaq öhdəliyini yerinə yetirməyib.
2018-ci ildə anlaşmalı şəkildə boşanan cütlük, razılaşmaya ev satışından əldə edilən gəlir, aliment, uşaqların təhsili və yeni ev almaq kimi maliyyə öhdəliklərini daxil edib.
Yahoviçin icra prosedurlarını haqlı hesab edən məhkəmə, Sandalın razılaşmaya əməl etməli və Serbiyada ev almalı olduğuna qərar verib.
Qərar İstanbul Ailə Məhkəməsində baxılan işdə verilib və Sandalın apelyasiya şikayəti rədd edilib.
Aysel
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.