AZ

Uqandada uşaq bağçasına edilən hücum nəticəsində 4 uşaq həlak olub

Uqandanın paytaxtı Kampalada uşaq bağçasına edilən hücum nəticəsində dörd uşaq həlak olub.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Uqanda polis sözçüsü Kituuma Rusoke bu barədə məlumat verib.

"Təcavüzkar özünü "valideyn kimi təqdim edərək" məktəbə daxil olub, sonra məktəbin qapısını kilidləyib və içəridəki uşaqlara hücum edib",-sözçü qeyd edib.

Rusoke hücumda iki ilə üç yaş arasında dörd uşağın öldüyünü bildirib.

O, əsir saxlanlan hücumçunun dindirilməsinin davam etdiyini, hücumun motivinin, şübhəlinin keçmişinin və hadisənin digər təfərrüatlarının araşdırıldığını vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr