Qazaxıstanda məktəblərin 99 faizi internetə qoşulub.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, bu barədə təhsil naziri Juldyz Süleymenova 2025-ci ilin nəticələrini və bu il üçün vəzifələri prezidentə təqdim edərkən deyib.
Juldiz Süleymenova həmçinin ibtidai təhsilin məzmununun sistemli təhlilinin aparıldığını bildirib. Qeyd edib ki, məktəb proqramları yenidən nəzərdən keçirilir, oxu, yazı və hesab bacarıqlarına üstünlük verilir.
Onun sözlərinə görə, "Gələcəyin məktəbləri" milli layihəsi çərçivəsində 460 min şagird üçün 217 təhsil müəssisəsinin tikintisi başa çatıb. Sektorun rəqəmsallaşdırılması üçün kompleks tədbirlər görülüb. Bu gün məktəblərin 99 faizi internetə qoşulub.
Nazir, infrastrukturun inkişafı məqsədilə 184 təhsil müəssisəsinin istifadəyə verildiyini qeyd edib.
“80 üçnövbəli və 31 qəzalı vəziyyətdə olan məktəbin problemləri həll edilib. 209 təhsil müəssisəsi əsaslı təmir edilib, 1192 fənn kabineti müasir avadanlıqlarla təchiz edilib. “Uşaq bağçasına növbə təxminən 2 dəfə azaldılıb”, - deyə Süleymenova qeyd edib.
Süleyman