AZ

Kreml Paşinyanla bağlı qərarını verdi Hraparak

ain.az, Axar.az saytına istinadən bildirir.

Moskva qərara gəlib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətlərin daha da inkişaf etdirilməsi artıq mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, buna səbəb Ermənistan liderinin Moskvada bir şey vəd edib, İrəvanda başqa şey etməsi, eyni zamanda Ermənistan-Rusiya münasibətlərinə zidd hərəkətləridir:

“Artıq əsas strukturlara Ermənistanda Rusiya ilə əlaqələrin bərpasına yönəlmiş bir qüvvənin hakimiyyətə gəlməsinə kömək etmək tapşırılıb. İrəvanın Moskva ilə əlaqələrini qorumaq cəhdləri də uğursuz oldu: parlament spikeri Alen Simonyana Sergey Kiriyenko ilə görüş verilmədi, hətta Paşinyan xətti ilə əlaqə qurmaq da mümkün olmadı”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
37
axar.az

10Mənbələr