“Kızılcık Şerbeti” serialında “Fatih” obrazı ilə tanınan Doğukan Güngörün yeni layihəsi məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
Məlumata görə, Doğukan Güngör “Haysiyet” adlı yeni serialda rol almaq üçün razılıq əldə edib. "Süreç Film" istehsalı olan layihənin rejissoru Eda Teksöz olacaq. Sözügedən serialda qadın baş rolun kim olacağı barədə hazırda danışıqlar davam edir.
Xatırladaq ki, aktyor bir müddət əvvəl məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılmış, test nəticələrinin müsbət çıxmasından sonra rol aldığı serialdan uzaqlaşdırılmışdı. Onun karyerasını necə davam etdirəcəyi maraq doğururdu.
Ayxanım Məlikova