Açıqlamaya görə, hadisə Barangay Dekalacho yaşayış məntəqəsində, Busuanga Hava Limanı yaxınlığında baş verib. Qəza yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb. Hadisədən sonra hava limanında uçuş-enmə əməliyyatları müvəqqəti dayandırılıb.
Aparılan işlər başa çatdıqdan sonra hava limanının fəaliyyəti yenidən bərpa olunub.