AZ

“Tofiq Bəhramov”da növbəti azarkeş rekordu... – axşamkı oyuna satılan bilet sayı açıqlandı

“Qarabağ” bu gün Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”ı qəbul edəcək. Bilindiyi kimi, Ağdam təmsilçisinin bu matçda ciddi azarkeş dəstəyinə ehtiyacı var. Odu ki, “köhlən atlar” xanımlara və azyaşlı uşaqlara stadiona girişi kassalardan bilet götürmək şərtiylə pulsuz edib. Masazır təmsilçisinin isə səfərdə təxminən 3 min azarkeşi olacaq.

Bəs, oyun üçün indiyə qədər neçə bilet satılıb? Nəticəsinin çoxunu maraqlandırdığı matçda anşlaq olacaqmı?

Bu suallarla “Qarabağ”ın Kommunikasıyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. “Football-plus.az”a açıqlama verən klub rəsmisi bu gün səhər saatlarında əldə edilən məlumata görə, 7 min biletin satıldığını, gün ərzində bu sayın arta biləcəyinin istisna edilmədiyini bildirdi.

Xatırladaq ki, cari “futbol ili”ndə premyer-liqanın 22-ci turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda son 8 mövsümün rekordu qeydə alınıb. Belə ki, “Tofiq Bəhramov”da olan görüşü 10361 azarkeş tribunalardan izləyib. Hadisələrin axarı onu göstərir ki, saat 20.00-da başlayacaq oyunda daha çox tərəfdar ola bilər.

KƏNAN BAHADIR

Seçilən
46
1
football-plus.az

2Mənbələr