AZ

FİFA finala biletlərin qiymətini kəskin artırdı

style='margin-bottom:10px;'>

FIFA 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatının final oyunu üçün bilet qiymətlərini artırıb.

QOL.az bu haqda ESPN-ə istinadən xəbər verir.  Qərar turnirdə iştirak edəcək bütün 48 komandanın müəyyənləşməsindən sonra açıqlanıb. Final qarşılaşması MetLife Stadium stadionunda baş tutacaq.

Yeni qiymətlərə əsasən, final oyunu üçün ən bahalı biletlər artıq 10 min 990 dollar təşkil edir. Əvvəllər bu məbləğ 8680 dollar idi ki, bu da 26,6 faiz artım deməkdir.

İkinci kateqoriyaya aid biletlərin qiyməti 5575 dollardan 7380 dollara yüksəlib (artım 32,4 faiz). Üçüncü kateqoriyalı biletlər isə 4185 dollardan 5785 dollara qədər bahalaşıb ki, bu da 38,2 faiz artım deməkdir.

Qeyd edək ki, FİFA bu turnir üçün dinamik qiymət siyasətindən istifadə edir. 2026-cı il dünya çempionatı ABŞ-ın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində keçiriləcək. Bundan başqa, ötən gün dünya çempionatının biletlərinin onlayn satışı zamanı texniki problemlər də qeydə alınıb.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr