AZ

Moldova MDB-dən çıxır, Ukrayna qalır

BAKI, 3 aprel. TELEQRAF

“Ukrayna və Moldova MDB-nin fəaliyyətində iştirak etmir, amma Kiyev hələ də bütün müvafiq razılaşmalardan çıxmayıb”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə MDB baş katibi Sergey Lebedev bildirib.

“Təəssüf ki, Ukrayna və Moldova birliyimizin fəaliyyətində iştirak etmir. Baxmayaraq ki, Ukrayna hələ də oradan çıxmayıb”, - o deyib.

Lebedevin sözlərinə görə, Moldova MDB daxilində qapalı müqavilələrdə iştirak edə bilməyəcək:

“Vyana Konvensiyasına görə, çıxma prosesi bir il davam edir. Bu il ərzində Moldovanın hansı müqavilələrdə qalmasına icazə veriləcəyi və hansı müqavilələrdə iştirak edə bilməyəcəyi qərarlaşdırılacaq. Ən azı qapalı müqavilələrdə iştirak edə bilməz, bu da onun açıq müqavilələrdə iştirakını çətinləşdirəcək”.

Xatırladaq ki, Moldova parlamenti aprelin 2-də yekun oxunuşda MDB-in yaradılması barədə sazişdən və Almatı Bəyannaməsindən çıxmaq qərarını təsdiqləyib.

Seçilən
28
teleqraf.com

1Mənbələr