AZ

Kelloqdan sensasion çağırış: ABŞ NATO əvəzinə yeni ittifaq qurmalıdır

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin keçmiş xüsusi nümayəndəsi, ehtiyatda olan general-leytenant Kit Kelloq Vaşinqtonu NATO əvəzinə yeni müdafiə ittifaqı yaratmağa çağırıb və bu ittifaqda Ukraynanın da yer almasını təklif edib.

Sherg.az-ın məlumatına görə, Kelloq bildirib ki, NATO artıq zəif mövqe nümayiş etdirir və bəzi müttəfiqlərin İranla bağlı məsələdə tutduğu mövqe Vaşinqtonu narazı salıb. Onun sözlərinə görə, ABŞ hazırkı tərəfdaşları ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir.

“NATO qorxaqlara çevrilir. Ola bilsin ki, bizə yeni NATO, yeni müdafiə sistemi lazımdır”, - deyə o, "Fox News"a müsahibəsində bildirib.

General NATO nizamnaməsinin 13-cü maddəsini xatırladaraq qeyd edib ki, üzvlər bir il əvvəl xəbərdarlıq etməklə alyansdan çıxa bilərlər. O, alternativ olaraq daha sərt addımlara hazır olan ölkələrlə yeni ittifaq qurmağı təklif edib. Bu siyahıya Yaponiya, Avstraliya, Polşa, Almaniya və Ukraynanı daxil edib.

Kelloq vurğulayıb ki, Ukrayna artıq etibarlı tərəfdaş kimi effektivliyini sübut edib.

Xatırladaq ki, daha əvvəl Donald Tramp da İranla bağlı əməliyyatlarda müttəfiqlərin dəstək verməməsi səbəbindən ABŞ-nin NATO-dan çıxa biləcəyini istisna etməmiş və alyans üzvlərini “kağız pələnglər” adlandırmışdı. ABŞ-nin Moskvadakı keçmiş səfiri Maykl Makfol isə bu cür açıqlamaların Rusiya üçün “hədiyyə” olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
sherg.az

1Mənbələr