AZ

Zelenski İranın hücumlarına məruz qalan ölkələrlə işi davam etdirdiklərini bildirib

Ukrayna dəniz marşrutlarının qorunması və naviqasiyanın bərpası üzrə qazandığı təcrübəsini bölüşməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

“Hazırda İran rejiminin hücumlarına məruz qalan ölkələrlə işi davam etdiririk. Yeni razılaşmalar əldə olunub və Ukrayna yeni təhlükəsizlik formatlarında daha geniş təmsil olunacaq. Bu, şübhəsiz ki, Ukraynanın ixrac potensialını və müdafiə qabiliyyətlərini daha da gücləndirəcək”, - o qeyd edib.

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun bu məqsədlə region ölkələrinə səfərinin nəticələrindən böyük gözləntiləri olduğunu bildirib: “Rustem Umerov bu həftə görülən işlər barədə sabah ətraflı hesabat verəcək – ölkə-ölkə: Körfəz regionundan Türkiyəyə qədər”.

Ukrayna lideri həmçinin ölkəsinin tərəfdaşları ilə birlikdə daha çox təhlükəsizlik və ortaq güc naminə bütün əməkdaşlıq formatlarında iştirak etdiyini vurğulayıb:

“Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə bu gün avropalılar və digər tərəfdaşlarla birlikdə Hörmüz boğazındakı vəziyyət və gəmiçiliyin azadlığına təsir edən məsələlərlə bağlı birgə formatda iştirak edib. Bu, ümumi qlobal vəziyyət və qlobal təhlükəsizlik üçün vacibdir”.

Seçilən
26
3
apa.az

4Mənbələr