AZ

157 sərnişinli qatar relsdən çıxdı - Yaralılar var

Rusiyanın Ulyanovsk vilayəti ərazisində baş verən qatar qəzası nəticəsində xəsarət alanların sayı 23 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, məlumata görə, yaralılar arasında dörd uşaq da var. İki nəfərin sümüklərinin sındığı bildirilir, digər sərnişinlərin vəziyyəti isə əsasən yüngül və orta ağır kimi qiymətləndirilir. Hadisədən sonra qatardakı bütün sərnişinlər təxliyə olunub.

Ümumilikdə qatarda 157 nəfər olub və onların 65-i uşaq təşkil edib. Sərnişinlər arasında Ximki şəhərində keçirilən təlim-məşq toplanışından geri qayıdan, Çelyabinsk şəhərindən olan yeddi gənc qılıncoynadanın da olduğu qeyd olunur. 

Asya
Milli.Az 

Seçilən
25
milli.az

1Mənbələr