AZ

Tramp polad və alüminium tariflərini 25 faizə qaldırdı

ABŞ Prezidenti Donald Tramp polad, alüminium və mis idxalına yönəlmiş yeni bir bəyannamə imzalayıb.

Yeni qaydaya əsasən, bu metalların törəmə məhsullarına 25 faiz dərəcəsində gömrük rüsumu tətbiq olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg HT"-də yer alan xəbərə görə, Tramp polad, alüminium və mis idxalına dair 232-ci maddə çərçivəsində tətbiq olunacaq tariflərlə bağlı daha bir bəyannamə imzalayıb.

Yeni qaydaya əsasən, sözügedən metallara tətbiq edilən tariflər süni şəkildə aşağı tutulan xarici qiymətlər əvəzinə, idxal edilən məhsulların tam dəyəri üzərindən hesablanacaq. Həmçinin emal edilmiş və ya törəmə metal məhsullarına yönəlmiş tarif sistemi sadələşdirilib.

Xam polad, alüminium və mis üçün tətbiq olunan 50 faizlik tariflər qorunsa da, bu metallardan istifadə edilərək istehsal olunan törəmə məhsullara tətbiq ediləcək gömrük rüsumları məhsulun tərkibinə görə müəyyən ediləcək.

Böyük ölçüdə polad, alüminium və ya misdən istehsal olunmuş törəmə məhsullar üçün tam dəyər üzərindən 25 faiz dərəcəsində gömrük rüsumu tətbiq olunacaq. Müəyyən metal sıxlığı olan sənaye avadanlıqları və elektrik şəbəkəsi avadanlıqlarında isə tarif dərəcəsi 2027-ci ilin sonuna qədər 15 faiz olaraq tətbiq ediləcək.

Xaricdə istehsal olunan, lakin tamamilə Amerika poladı, alüminiumu və misindən istifadə edilərək hazırlanan məhsullar 10 faiz dərəcəsində daha aşağı gömrük rüsumuna tabe olacaq. Tərkibində 15 faiz və ya daha az nisbətdə polad, alüminium və ya mis olan məhsullar isə 232-ci maddə çərçivəsindəki metal tariflərindən azad ediləcək.

Seçilən
25
cebheinfo.az

1Mənbələr