İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İranı "daş dövrünə qaytarmaq" təhdidinin genişmiqyaslı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Far.Az "Tasnim"ə istinadən xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.
"İndiki dövrlə Daş dövrü arasında bir təəccüblü fərq var: o dövrdə Yaxın Şərqdə neft və ya qaz hasilatı yox idi" -deyə Əraqçi vurğulayıb.
Qeyd edək ki, Tramp xalqa müraciətində bildirib ki, ABŞ yaxın iki-üç həftə ərzində İran ərazisinə yeni güclü zərbələr endirə bilər.
"Daha sarsıdıcı zərbələr endirəcək, İranı Daş dövrünə qaytaracaq" - deyə bildirib.
Trampın sözlərinə görə, İran Yaxın Şərq üçün artıq təhdid deyil.
Siyasətçi həmçinin qeyd edib ki, Amerika İrandakı əməliyyatın əsas məqsədlərinə çatmaq üzrədir.