Bakı. Trend:
İranda baş verən münaqişə uzun müddət davam edə bilər vəuzunmüddətli fəsadlara yol açacaq .
Trend xəbər verirki, bu fikri Fransanın Xarici İşlər Nazirliyi yanında Avropaməsələləri üzrə nazir Benjamen "Addad Cnews" televiziya kanalınınefirində səsləndirib.
“Mənim (gələcəyi göstərən) sehrli kürəm yoxdur, lakin istənilənhalda uzun sürəcək və uzunmüddətli nəticələr doğuracaq müharibəyəhazırlaşmaq lazımdır. Bu münaqişə artıq bir aydır davam edir vəhazırda ondan çıxış yolu görünmür”, – deyə o bildirib.
Nazir qeyd edib ki, ABŞ və İsrailin İranda apardığı müharibəninnəticələri bütün dünyada hiss olunur. Onun sözlərinə görə, Fransaregiondan neft məhsullarının tədarükündəki pozuntulardan nisbətənaz zərər görüb, lakin yanacaq qiymətlərinin artımı ilə üzləşir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.