AZ

Rusiya Ukraynaya qanadlı raketlərlə hücum edir və "Kinjal" təhlükəsi var

Rusiya qüvvələri bu səhər, 3 apreldə Ukraynaya qanadlı raketlər atıb və MiQ-31K təyyarəsinin də havaya qalxdığı bildirilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram kanalına istinadən məlumat yayıb.

İlk raketlərin Xarkov bölgəsi üzərindən Ukrayna hava məkanına daxil olduğu deyilib. "Kinjal" aeroballistik raketlərini daşıyan MiQ-31K təyyarələrinin də Rusiyada havaya qalxdığı bildirilir.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya şöbəsinin rəisi Yuri İqnatın sözlərinə görə, bir qədər əvvəl Tu-95 və Tu-160 strateji bombardmançı təyyarələri havaya qaldırılmışdı.

Onun sözlərinə görə, strateji aviasiyadan edilən hücum klassik görüntüdür. Yəni, rusiyalılar uzaq mövqelərdən - Xəzər dənizi bölgəsindən, Volqodonskdan və ya Volqoqrad bölgəsindən - hücum edir və raketlər atırlar.

QAZİLER.AZ

Seçilən
15
qaziler.az

1Mənbələr