AZ

İran ABŞ nin F 35 təyyarəsini vurduğunu iddia edir

ain.az, Baku.ws saytına istinadən bildirir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə ərazisində ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsinin məhv edildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə aid olan təyyarə ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Açıqlamada qeyd olunub ki, qırıcı İran İnqilab Keşikçiləri Korpusunun müasir hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.

Hadisə ilə bağlı digər mənbələrdən hələlik rəsmi təsdiq verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
baku.ws

2Mənbələr