AZ

Bir dilimi belə kifayətdir: Səhərlər acqarına niyə alma yeməliyik?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Səhərlər acqarına alma yeməyin faydaları saymaqla bitmir. Az kalorili, liflə zəngin və güclü antioksidant mənbəyi olan bu meyvə günün ilk saatlərində qəbul edildikdə orqanizmə xüsusi dəstək verir.Acqarına yeyilən alma həzm sistemini incə şəkildə oyadır və faydalı maddələrin mənimsənilməsini maksimum səviyyəyə qaldırır. Tərkibindəki C, A vitaminləri və kalium kimi vacib elementlər sayəsində alma orqanizmin gündəlik ehtiyacının bir hissəsini qarşılayır.Almanın tərkibindəki pektin adlı həll olunan liflər bağırsaq hərəkətliliyini sürətləndirir və qəbizlik problemini aradan qaldırmağa kömək edir. Yüksək lif və su tərkibi isə toxluq hissi yaradaraq maddələr mübadiləsini canlandırır. Bu da gün ərzində həddindən artıq yemək istəyini azaldır.Təbii fruktoza sayəsində qana sürətlə qarışan meyvə şəkəri səhər saatlarında gümrahlığı artırır. Alma həmçinin zərərli xolesterolu tənzimləməyə, damarlarda tıxanmaların qarşısını almağa və ürək əzələlərini gücləndirməyə yardımçı olur. Tərkibindəki antioksidantlar isə bədəndən zərərli maddələrin atılmasını təmin edir.Seçim zamanı daha çox yaşıl almaya üstünlük verməyi tövsiyə edilir. Yaşıl alma daha az şəkər ehtiva etdiyi üçün piy yanmasını dəstəkləyir və mədə turşuluğunu tənzimləməkdə daha effektivdir. Qırmızı alma isə öz növbəsində güclü antioksidant təsiri ilə seçilir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
47
demokrat.az

10Mənbələr