AZ

İranın ABŞ kəşfiyyatına əlçatmaz, yeraltında qorunan raket buraxılış məntəqələriMÖVCUDDUR

İranın raket və dron arsenalı hələ də fəaliyyət göstərir.

Redaktor.az xəbər verir ki, CNN ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, İranın raket sistemlərinin təxminən yarısı və minlərlə dron ABŞ-İsrail hücumlarına baxmayaraq işlək vəziyyətdədir.

“Son kəşfiyyat hesablamalarına görə, İranın raket buraxıcılarının yarısı salamatdır və son beş həftə ərzində ABŞ və İsrailin hərbi hədəflərə gündəlik hücumlarına baxmayaraq, İranın arsenalında minlərlə kamikaze dron qalır”, – deyə kanal qeyd edib.

CNN mənbələrinə görə, bütün bu aktivlər “bölgədə xaos yaratmağa hazırdır”. Nəşr vurğulayır ki, ABŞ kəşfiyyatının hesablamalarına hazırda əlçatmaz olan, məsələn, zərbələr nəticəsində yerin altında basdırılmış, lakin məhv edilməmiş buraxılış məntəqələri də daxil ola bilər.

Mənbələrə görə, ümumi imkanlarının təxminən 50%-i olan minlərlə İran pilotsuz təyyarəsi hələ də fəaliyyətdədir. Son günlərin kəşfiyyat məlumatlarına görə, İran Sahil Mühafizəsinin əksər qanadlı raketləri də salamatdır.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
34
1
redaktor.az

2Mənbələr