AZ

Psixoloq: Müəllimlərin özünəinamı və motivasiyası uğurlu nəticələr qazanmağa kömək edir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlər keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Aygün Bayramova təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti barədə danışıb, müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirləri, sertifikatlaşdırma qaydaları haqqında məlumat verib.

Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyinin psixoloqu Aysel Məmmədova imtahan öncəsi psixoloji hazırlıq barədə danışıb. A.Məmmədova müəllimlərin özünəinamı və motivasiyasının uğurlu nəticələr əldə etməyinə mühüm töhfə verdiyini bildirib.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azertag.az

2Mənbələr