AZ

ABŞ-ın NATO-dan çıxması alyansın dağılmasına səbəb olacaq



NATO-nun dağılması prosesi artıq başlayıb. ABŞ-ın geri çəkilməsi avtomatik olaraq alyansın dönməz şəkildə dağılmasına səbəb olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki bunu "Digər Ukrayna" hərəkatının rəhbəri və qadağan olunmuş Müxalifət Platforması - Həyat Naminə partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib.

O, hərəkatın saytında dərc olunmuş məqalədə yazıb:

“Volodimir Zelensky qapını döyüb NATO-ya qoşulmaq üçün yalvararkən, ondan zəmanət və fayda tələb edərkən, alyansın geri dönməz parçalanmasının əsl prosesi başlayıb. Vaşinqtondakı yüksək vəzifəli şəxslər ABŞ-ın NATO-dan çıxması ilə bağlı getdikcə daha çox bəyanatlar verirlər ki, bu da avtomatik olaraq onun dağılmasına səbəb olacaq”.

Medvedçukun sözlərinə görə, ABŞ başa düşür ki, alyansın faydalılığı artıq ötüb və Amerikanın maraqlarına xidmət etmir.

Anar
Seçilən
15
1
newscenter.az

2Mənbələr