AZ

Minlərlə məhbus əfv edildi

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Kuba mətbuatında yer alan xəbərə görə, hökumətdən verilən açıqlamada "Müqəddəs Həftə" münasibətilə bu qərarın qəbul edildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, açıqlamada qeyd olunub: 

“Məhbusların həbsxanada göstərdikləri yaxşı davranış və sağlamlıq vəziyyətləri nəzərə alınaraq bu qərar verilib. Əfv edilən 2 min 10 məhbus arasında gənclər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, azadlığa buraxılma müddəti yaxınlaşanlar, xaricdə yaşayan əcnəbilər və Kuba vətəndaşları yer alır".

Əfv edilən şəxslərin siyahısına cinsi zorakılıq, zorakılıq hadisələri, qətl, narkotik, oğurluq, heyvanlara qarşı qəddarlıq, uşaq istismarı və dövlət orqanlarına qarşı törədilən cinayətlər daxil edilməyib.

Açıqlamada, həmçinin xatırladılıb ki, Kuba hökuməti 2011-ci ildən bu yana 11 mindən çox şəxsə əfv tətbiq edib.

Qeyd edək ki, "Müqəddəs Həftə" və ya "Əzab Həftəsi", Hz. İsanın bəşəriyyət uğrunda əzab çəkdiyinə inanılan həftə kimi qəbul olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr