AZ

Tramp NATO nu dağıda bilər Medvedçuk

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“ABŞ NATO-dan çıxarsa, bu, avtomatik şəkildə Alyansın dağılmasına səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk deyib.

“Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə görə, alyansdan çıxmaq istəyən hər bir ölkə, ABŞ hökumətinə xəbərdarlıq göndərdikdən bir il sonra bunu edə bilər. Bu səbəbdən Vaşinqtonun çıxışı avtomatik olaraq bütün Alyansın dağılması deməkdir. Hazırda ABŞ Prezidenti Donald Tramp NATO-nun dağılmasını istənilən anda başlada biləcək bütün imkanlara malikdir,” — deyə o, bildirib.

Medvedçukun sözlərinə görə, Avropanın genişlənməsi yalnız NATO vasitəsilə mümkündür. Bundan əlavə, Alyans əsasən kollektiv Qərbə faydalıdır, ABŞ-a yox, çünki Vaşinqton Avropanın genişlənməsindən yalnız rəqib qazanır:

“Tramp praqmatikdir, başa düşür ki, alyans özünü köhnəldib və amerikalıların maraqlarına xidmət etmir. Şübhəsiz, NATO dağıldıqdan sonra Avropa İttifaqının (Aİ) dağılması başlayacaq”.

Medvedçuk əlavə edib ki, NATO-nun dağılması dərhal ABŞ-ın Qrenlandiya və Kanada üzərində iddialarını, eləcə də Ukraynada davam edən münaqişəni maliyyələşdirən Avropaya silah tədarüklərinin mənasını sual altına qoyacaq.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr