AZ

Ancelina Coliyə NƏ OLUB? - Ayaq üstə dura bilmədi - VİDEO

Dünya şöhrətli aktrisa Ancelina Coli növbəti dəfə diqqət mərkəzinə düşüb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Hollivud ulduzu Çində qatıldığı tədbirdə çəkilən görüntüləri ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 50 yaşlı aktrisanın xüsusilə üz nahiyəsində müşahidə edilən dəyişikliklər izləyicilərin diqqətindən yayınmayıb.

Paylaşılan fotolarda Colinin eyni tədbirdə fərqli rakurslardan çəkilmiş görüntüləri arasındakı ciddi fərqlər istifadəçilər tərəfindən dərhal qeyd olunub. Xüsusilə göz ətrafındakı dəyişikliklər və mimikalarındakı fərqlilik estetik müdaxilə iddialarını gündəmə gətirib.

Mütəxəssislərin xarici mətbuatda yer alan rəylərinə görə, bu dəyişimin iki mümkün səbəbi ola bilər. Bunlardan biri aktrisanın estetik prosedurlara müraciət etməsi, digəri isə blefaroplastika - yəni göz qapağı əməliyyatından sonrakı ilkin bərpa mərhələsi ilə əlaqəli ola bilər.

Qeyd olunur ki, bu cür əməliyyatlardan sonra müəyyən müddət ərzində göz qapaqlarının hərəkətində ləngimə, göz qırpma sinxronunun pozulması və gözlərin tam bağlanmaması kimi müvəqqəti hallar müşahidə edilə bilər.

Eyni günə aid müxtəlif görüntülər arasındakı ziddiyyət isə hazırda Hollivudda ən çox müzakirə olunan mövzulardan biri kimi qalır.

Musa
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr