AZ

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.

"Cebheinfo.az" xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

https://cdn.apa.az/storage/apa.az/video-cdn/2a3ecbe57ff3ec399e2df26cfc296a9f.mp4

"Cebheinfo.az"

Seçilən
10
22
cebheinfo.az

10Mənbələr