Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda aparılan quruəməliyyatları paralel olaraq həyata keçirilən hava reydlərinəticəsində 15 "Hizbullah" döyüşçüsünün öldürüldüyünü bildirib.
Trend bu barədəİsrail KİV-ə istinadən xəbər verir.
Livanın cənubunda İsrail ordusunun 146-cı diviziyasınınqoşunları əməliyyatın getdiyi ərazidə 15 döyüşçünün mövqeyinimüəyyənləşdirib. Bir müddət sonra İsrail Hava Qüvvələri dəqiq zərbəilə canlı hədəfləri məhv edib.
IDF rəsmi "X" səhifəsində əməliyyatdan görüntülər yayıb.