AZ

İranda tibbi ləvazimatlar tükənə bilər

İranda təcili tibbi yardıma ehtiyac sürətlə artır, tibbi ləvazimatlar isə azalmaqdadır.

Missiya.Az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndə heyətinin rəhbəri Maria Martinez deyib.

Onun sözlərinə görə, müharibə davam edərsə, travma dəstləri və digər tibbi vasitələr tükənə bilər.

Martinez qeyd edib ki, hazırda ciddi çatışmazlıq olmasa da, döyüşlərin uzanması, qiymət artımı və maliyyə çatışmazlığı vəziyyəti ağırlaşdıra bilər.

Məlumata görə, fevralın 28-dən davam edən münaqişə nəticəsində İranda 1900-dən çox insan ölüb, 21 mindən çox insan yaralanıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr