AZ

"Futbolun inkişafı göz qabağındadır" - Çingiz Hüseynzadə

Bu gün AFFA-nın XXXIV Hesabat Konfransı keçirilir.

Sportal.az xəbər verir ki, tədbirdə AMOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib. O, son bir ildə ölkə futbolunun inkişaf etdiyini deyib:

"Son bir il Azərbaycan futbolu üçün önəmli idi. Bu ildə əldə olunan uğurlar münasibətilə federasiyanı təbrik edirəm. Həyatın başqa sahələrindən fərqli olaraq, idman elədir ki, burada hər şey ancaq nəticələrlə ölçülür. Subyektiv fikir mümkün deyil. Obyektiv nəticələrlə hər şey ölçülür. Builki nəticlər də uğurlu olub. "Qarabağ"ın və millimizin uğurları oldu. Mənim üçün daha vacib olan daxili liqada rəqabətin olmasıdır. Bu da futbolumuzun inkişafını göstərir. Oyunlara maraq da artıb. Futbolun inkişafı göz qabağındadır".

saytlarin hazirlanmasi

Seçilən
38
sportal.az

1Mənbələr