Bakı. Trend:
2026-cı ilin martında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiyaşöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbiləhospitalizasiya olunub.
KTM-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vaxtındaaparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentinvəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulatormüalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçandərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfəryandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfərspirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan,3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyəcəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmıştoksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiyatədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 3nəfərin (kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu iləzəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.