Azərbaycan Kubonunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ”la “Sabah” üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov bu matçda bir zədəli oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət müdafiəçi Bəhlul Mustafazadədən gedir.
“Sabah”da isə vacib oyun öncəsi iki itki var – cəzalı İqor Noqeyra və zədəli Pavol Şafranko bugünkü görüşdə meydana çıxa bilməyəcəklər.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sabah” görüşü bu gün saat 20:00-da start götürəcək.