AZ

ABŞ-nin F-35-i İran üzərində vuruldu

İran mediası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin mərkəzi hissəsi üzərində ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsi vurulub. 

NOCOMMENT.az-ın məlumatına görə, hava gəmisi tamamilə məhv edilib. Pilotun taleyi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

ABŞ tərəfi bu iddialarla bağlı hələ rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, mart ayının sonunda da İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən başqa bir F-35-in vurulduğu barədə məlumat yayılmışdı. Lakin daha sonra ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bununla bağlı açıqlama verərək bildirmişdi ki, təyyarə vurulmayıb, texniki səbəbdən təcili eniş edib və pilot xəsarət almayıb.

Hazırda tərəflər arasında məlumat müharibəsi getdiyi üçün yayılan xəbərlərin rəsmi təsdiqi və ya təkzibi gözlənilir. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı istisna olunmur.

Seçilən
20
nocomment.az

1Mənbələr