AZ

İran ABŞ F-35-ni vurdu

İran ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarənin ölkənin mərkəzi rayonları üzərində vurulduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin F-35 təyyarəsi İranın mərkəzi hissəsində səmada vurulub və qəzaya uğrayıb. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib",- məlumatda qeyd edilib.

İran tərəfi qeyd edib ki, qırıcı heyətinin katapult etmək ehtimalı olduqca aşağıdır.

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr