AZ

Təyyarə qəzasında Rusiya Ordusunun general-leytenantı da həlak olub

Rusiya Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri general-leytenant Aleksandr Otroşçenko 31 mart axşamı ilhaq edilmiş Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzasında həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə 2 aprel cümə axşamı günü BBC Rus Xidməti öz mənbələrinə istinadən məlumat yayıb.

BBC-nin məlumatına görə, Otroşçenkonun təyyarədə sərnişin olması ehtimal olunur. Onun ölümünü agentliyə eyni qəzada qohumunu itirən Severomorsk sakini və Şimal Donanmasının daxilindəki mənbə təsdiqləyib. Mənbənin məlumatına görə, təyyarədə donanmanın digər zabitləri də olub.

Mediazona və BBC Rus Xidmətinin məlumatına görə, Otroşçenko Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlanğıcından bəri Rusiya ordusunda həlak olan beşinci general-leytenantdır.

Seçilən
42
herbiand.az

1Mənbələr