AZ

Putin və Məhəmməd bin Salman neft böhranını müzakir edib

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdəki gərginlik və qlobal enerji bazarındakı vəziyyəti ətraflı təhlil ediblər.

Danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki böhranlı vəziyyətlə bağlı məsələlər kompleksini ətraflı nəzərdən keçiriblər. Regionda hərbi-siyasi vəziyyətin deqradasiyası, mülki əhali arasında çoxsaylı itkilər və strateji əhəmiyyətli infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıq ifadə olunub. Kreml administrasiyası bildirib ki, hər iki tərəf hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu prosesdə bütün tərəflərin qanuni maraqları mütləq şəkildə nəzərə alınmalıdır.

Görüşün iqtisadi tərəfində isə əsas diqqət neft bazarına yönəlib. Putin və vəliəhd şahzadə Yaxın Şərq böhranı fonunda dünya neft bazarının sabitləşdirilməsi üçün OPEC+ çərçivəsində aparılan işlərin əhəmiyyətini diqqətə çatdırıblar. Məlumatda konstatasiya edilib ki, mövcud böhran səbəbindən enerji daşıyıcılarının hasilatı və nəqlində yaranan problemlər qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərir. Bu baxımdan, Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ formatı çərçivəsində həyata keçirdiyi birgə fəaliyyətin qlobal iqtisadi sabitlik üçün həlledici rol oynadığı xüsusi qabardılıb. Prezident və vəliəhd şahzadə Rusiya-Səudiyyə Ərəbistanı münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Tərəflər ikitərəfli əlaqələrin dostluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında, çoxşaxəli formatda inkişaf etdiyini vurğulayıblar.

Sonda tərəflər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Seçilən
42
43
7times.az

10Mənbələr