AZ

Yonas Qar Styore Norveç Baş naziri vəzifəsinə yenidən namizəd olmağı planlaşdırır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Stokholm, 3 aprel, AZƏRTAC

Norveçin Baş naziri Yonas Qar Styore 2029-cu il seçkilərində yenidən namizəd olmağı planlaşdırır. O, namizədliyinin Norveç Fəhlə Partiyası tərəfindən dəstəklənəcəyi təqdirdə, seçkilərdə iştirak edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, həmin vaxta Styore 69 yaşında olacaq və bu, onu son yüz ildə Norveçin ən yaşlı hökumət başçılarından birinə çevirə bilər. “Bu, sadəcə yaşdır. Amma hesab edirəm ki, bu vəzifə üçün lazım olan enerji, sağlamlıq və iş qabiliyyətinə malikəm”, – deyə o, “TV 2” telekanalına müsahibəsində bildirib.

Baş nazirin əsas motivasiyası Norveçin təhlükəsizliyi məsələlərinə diqqət yetirməkdir. Styore təxminən 12 ildir partiyaya rəhbərlik edir və hazırkı partiya liderləri arasında ən uzunmüddətli üçüncü liderdir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
2
azertag.az

3Mənbələr