AZ

Qadınlar arasında Çempionlar Liqası: “Lion” yarımfinala vəsiqə qazanıb

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qadınlar arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Lion” və “Volfsburq” komandaları arasında keçirilən ikinci oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Fransanın Lion şəhərindəki “Qrupama” stadionunda baş tutub. Ev sahibi komanda oyunu əlavə vaxtda 4:0 hesabı ilə qazanıb.

Matçın ilk qolunu 16-cı dəqiqədə Lilian İzabella Yohannes vurub – 1:0. Əsas vaxtda başqa qol vurulmayıb. Melşi Dumorne ikinci qolu 102-ci dəqiqədə, Damaris Equrrola isə 105+2-ci dəqiqədə üçüncü qolu vurub. 119-cu dəqiqədə Tabita Çavinqa hesabı 4:0 edib.

İlk oyunda “Volfsburq” 1:0 hesabı ilə qalib gəlib. “Lion” Qadınlararası Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. Burada onlar "Arsenal”la qarşılaşacaqlar.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
icma.az

1Mənbələr