AZ

Cəsədinin külləri iki qitəyə səpələnən Marlon Brando niyə tənha öldü? VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünya kinosunun əfsanəsi, "Xaç atası" filmində yaratdığı don Vito Korleone obrazı ilə yaddaşlara həkk olunan Marlon Brando şöhrətin zirvəsinə yüksəlsə də, şəxsi həyatı faciələrlə dolu olub.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Aktyorun həyatında ən çox müzakirə olunan məqamlardan biri Merilin Monro ilə münasibəti idi və Brando sonradan onun ölümünün intihar deyil, ABŞ prezidenti Con Kennedi ilə əlaqələrinə görə planlaşdırılmış qətl ola biləcəyini düşündüyünü açıqlayıb.

Cəsədinin külləri iki qitəyə səpələnən Marlon Brando niyə tənha öldü? - VİDEO

Ailə dramı isə illər sonra daha dəhşətli hal alıb: oğlu Kristian ögey bacısı Şeyenin sevgilisini güllələyərək öldürüb, Şeyen isə yaşadığı psixoloji sarsıntılardan sonra intihar edib.

Bu hadisələrdən sonra Brando "ata kimi uğursuz oldum" etirafını edərək ictimaiyyətdən uzaqlaşıb və getdikcə daha tənha həyat sürməyə başlayıb.

Ömrünün son illərini Taitidə tənhalıq içində keçirən aktyor ciddi xəstəliklər, piylənmə və yaddaş problemləri ilə mübarizə aparıb.

2004-cü ildə vəfat edən Brandonun cəsədi kremasiya olunub, külləri isə həm Taiti adalarına, həm də ABŞ-nin Ölüm vadisinə səpələnib.

Beləliklə, milyonların heyran olduğu ekran dahisi şöhrət, sevgi, ailə faciələri və dərin tənhalıq içində həyatını başa vuraraq kino tarixinin ən ziddiyyətli simalarından biri kimi yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
1
oxu.az

2Mənbələr