AZ

“Uzak Şehir”də şok ayrılıq iddiası! - Sevilən aktyor layihədən gedir?

Sevilən serial “Uzak Şehir” serialı ilə bağlı ortaya atılan ayrılıq iddiası tamaşaçıları təəccübləndirib.

Musavat.com xəbər verir ki, serialda diqqət çəkən obrazlardan biri olan “Demir”i canlandıran Ferit Kaya-nın layihədən ayrılacağı deyilir. TV8 kanalında yayımlanan “Gel Konuşalım” adlı maqazin proqramında bu barədə diqqətçəkən iddia səsləndirilib. Proqramın aparıcılarından Ece Erken bildirib ki, serialın aktyor heyətində ayrılıq yaşanacaq.

Canlı yayımda danışan Erken qeyd edib ki, serialın önəmli obrazlarından birini canlandıran Ferit Kayanın layihədən ayrılacağı ilə bağlı məlumatlar alıb. Bu açıqlama qısa zamanda maqazin gündəmində geniş əks-səda doğurub.

Mövzu ilə bağlı hələ ki, nə istehsalçı heyət, nə də Ferit Kaya tərəfindən rəsmi açıqlama verilməyib.

Könül

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr