“Kocaelispor” baş məşqçi Selçuk İnan ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda cari mövsümdə 32 oyunda 11 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 14 dəfə məğlub olub.
Qeyd edək ki, Selçuk İnan futbolçu karyerasında “Qalatasaray” və Türkiyə millisinin formasını geyinib.