AZ

İşğaldan Böyük Qayıdışa: kəlbəcərlilər öz evlərində

Bakı, 2 aprel, AZƏRTAC

Kəlbəcərin işğalı dövründə yazılan şeirin misraları belə idi: “Bir gün gülə-gülə qayıdacaqdır, Ağlaya-ağlaya köçən Kəlbəcər.” Biz indi Vətənə qayıdırıq. Qürurluyuq, sevincliyik, amma ağladığımız günləri də unutmuruq. Kəlbəcərin işğalı zamanı əli silahsız dinc insanlar canlarını xilas etmək üçün Murov dağını keçməliydi. Evlərindən didərgin düşən kəlbəcərlilər bəlkə də o gün bu ayrılığın 30 il çəkəcəyini bilmirdilər. İnsanlar evlərini tərk edirdi - tələsik, çaşqın, nəyi götürüb, nəyi qoyacaqlarını bilmədən. Kimi geri qayıdacağı ümidi ilə qapını kilidlədi, kimi isə heç arxaya baxmağa belə macal tapmadı.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
40
1
azertag.az

2Mənbələr