AZ

ABŞ bizimlə məsləhətləşməyib, indi şikayət edə bilməz – Makron



Fransa prezidenti Emmanuel Macron bəyan edib ki, ABŞ müttəfiqlərlə məsləhətləşmədən İrana qarşı müharibəyə başlamaq qərarı verəndən sonra onların dəstək çatışmazlığından şikayət etməyə haqqı yoxdur.

Aia.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

“Onlar təkbaşına həyata keçirməyə qərar verdikləri əməliyyatda dəstək görmədiklərinə görə sonradan şikayət etməyəcəklər. Bu, bizim əməliyyatımız deyil,” – deyə Makron cümə axşamı Seoul şəhərində jurnalistlərə bildirib: “Biz istəyirik ki, sülh mümkün qədər tez bərpa olunsun.”

Makron həmçinin NATO ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trump tərəfindən səsləndirilən tənqidlərə də münasibət bildirib. Tramp ABŞ-ın alyansdan çıxmaq ehtimalını nəzərdən keçirdiyini demişdi.

“Bir alyansa qoşulanda üzərinə götürdüyün öhdəlikləri yerinə yetirməlisən. Hər səhər onları şərh etmirsən. Problem yaranan gün isə tərəfdaşlarının yanında olursan,” – deyə Makron əlavə edib.

Qeyed edək ki, Donald Tramp "Truth Social" şəbəkəsində Makron haqqında qalmaqallı paylaşım edərək, onun həyat yoldaşı tərəfindən "pis rəftara məruz qaldığını" və Fransa liderinin hələ də "çənəsinə dəyən zərbədən sonra özünə gəlməyə çalışdığını" iddia etmişdi. Makron isə bu sözləri "nəzakətsiz və yerisiz" adlandıraraq, onların "cavaba belə layiq olmadığını" bildirmişdi.



Seçilən
5
2
aia.az

3Mənbələr