AZ

Oğul ata və anasını bıçaqladıVİDEO

Ər-arvad yaşdıqları evdə bıçaqlanıblar. Polis şübhəli kimi onların gənc oğlunu saxlayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov atası 55 yaşlı Xaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir. Atasına 22, anasına 9 bıçaq vurduğu iddia olunur. Bildirilir ki, ana-ata yatmış vəziyyətdə olublar.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. O da bildirildi ki, sevdiyi qızla münasibəti pozulan Caməmməd Hüseynov psixoloji problemləri yaranıb. O, evin tək övladı olub.

Qonşular bildiriblər ki, Caməmməd Hüseynov məhlədə mehriban uşaq olub.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır. Evə prokurorluq əməkdaşları gəlib, araşdırma aparıblar.

Ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin vəziyyətləri də açıqlanıb. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə,  müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub. Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
41
xezerxeber.az

1Mənbələr