AZ

Bakıda Azərbaycan və Tacikistan arasında konsulluq məsləhətləşmələri keçirilib

2 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasıın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Xarixi İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Baş konsulluq idarəsinin rəhbəri Baxodur Safarzoda rəhbərlik edib.

Görüşdə Tacikistanın ölkəmizdəki səfiri Ilxom Abduraxmon, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında ədliyyə, təhsil, əmək, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Tacikistan Respublikasının nümayəndə heyətini qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
20
olaylar.az

10Mənbələr