Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyəli aktrisa Aslıhan Malbora 31-ci doğum gününü İstanbulun Etiler səmtində yerləşən məkanlardan birində qeyd edib.
Ölkə.az xəbər verir ki, özəl gecəyə aktrisanın sevgilisi Çağatay Ulusoy və yaxın dostları qatılıb.
Gecə zamanı maraqlı anlar yaşanıb. Təxminən iki ildir birlikdə olduğu bildirilən Ulusoy sevgilisinin doğum günü münasibətilə səhnəyə çıxaraq gitara ifa edib. Malbora isə mahnı oxuyaraq ona müşayiət edib. Məkanın qonaqları cütlüyün çıxışını böyük maraqla izləyiblər.
Gecənin sonunda isə diqqət çəkən detal ortaya çıxıb. Məlumata görə, Çağatay Ulusoy media nümayəndələrinə görüntü verməmək üçün məkandan arxa qapıdan çıxaraq ayrılıb.
Həmidə İbrahimova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.