AZ

TikTok istifadəçilərə xəbərdarlıq etdi Qanunla qadağandır

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"TikTok" istifadəçilərə bəzi məzmunlu videoların paylaşılmasını qadağan edib.

Milli.Az xəbər verir ki, bununla bağlı istifadəçilərə xəbərdarlıq mesajı göndərilib.

Belə ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Qeyd edək ki, qanun bu ildən qüvvəyə minib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
5
news.milli.az

10Mənbələr